XARİCDƏ KURSLAR

Xaricdə ixtisasartırma kursları tələbələr, iş dünyasına yeni qatılan kadrlar, iş dünyasında öz mövcud mövqeyini daha da möhkəmləndirmək arzusunda olan şəxslər üçün İngilis dili və bununla eyni zamanda ixtisasın tədris olunduğu proqramlar toplusundan ibarətdir. 

Bu tip kurslar hazırda fəaliyyət göstərdiyiniz və ya fəaliyyət göstərmək arzusunda olduğunuz sahədə özünüzə inamınızı artırmaqda, irəlidəki iş həyatınızda mövcud profilinizi daha da gücləndirməkdə sizə kömək edəcəkdir.

Siz kurs müddəti ərzində həm xarici dil biliyinizi daha da gücləndirəcək, həm də qatıldığınız dərslər və seminarlar vasitəsilə iş həyatında irəliləyiş əldə etməyin yollarına daha da bələd olacaqsınız. Bu seminarlarda sizə müqavilə, danışıqların aparılma qaydası, təlimatların verilməsi, təqdimatların aparılması əyani formada tədris olunacaqdır.

Xaricdə kurs keçməkdə əsas məqsəd başlıca olaraq aşağıdakılardan ibarətdir:

  • İngilis dilli ölkədə yaşayaraq İngilis dilli mühitdə dil biliklərini inkişaf etdirmək
  • İxtisasa uyğun konteksdə İngilis dili və ixtisasla bağlı biliklərin inkişaf etdirilməsi
  •  

Bu proqramlar adətən müxtəlif İngilis dili bilik səviyələrinə uyğun həyata keçirilir (Intermediate, and Upper-Intermediate/Advanced). 

Proqram Seçimləri:

Sertifikat (Certificate): 2-5 həftə davam edən proqramlardır. Kursa başlamaq üçün tələb olunan dil biliyi – Intermediate (IELTS 4.5 / CEFR B1’ə bərabərdir). Sertifikat kursu ixtisaslaşdırılmış idarəetmə, liderlik və HR mövzularında, beynəlxalq biznes əlaqələrində və İngilis dilində bölmələri əhatə edir.

İxtisas Sertifikatı (Vocational Certificate): 6-11 həftə davam edir. Kursa başlamaq üçün tələb olunan dil biliyi – Intermediate (IELTS 4.5 / CEFR B1’ə bərabərdir). Sertifikat kursu ixtisaslaşdırılmış idarəetmə, liderlik və HR mövzularında, beynəlxalq biznes əlaqələrində və İngilis dilində tam təhsil bölməsini əhatə edir.

Yüksək İxtisas Sertifikatı (Vocational Higher Certificate): 12-23 həftə davam edən proqramdır. Kursa başlamaq üçün tələb olunan dil biliyi – Intermediate (IELTS 4.5 / CEFR B1’ə bərabərdir). Yüksək Peşə Sertifikat kursu ixtisaslaşdırılmış idarəetmə, liderlik və İR mövzuları, beynəlxalq biznes əlaqələri və ingilis dilində iki və ya üç tam təhsil bölməsini əhatə edir.

İxtisas diplomu (Vocational Diploma): 24 həftə davam edir. Kursa başlamaq üçün tələb olunan dil biliyi – Intermediate (IELTS 4.5 / CEFR B1’ə bərabərdir). Diplom kursu ixtisaslaşdırılmış idarəetmə, liderlik və HR mövzularında, beynəlxalq biznes əlaqələrində və ingilis dilində dörd tam təhsil bölməsini əhatə edir.

Bir çox ixtisas istiqaməti üzrə təklif olunan ixtisartırma kurslarından birini seçə və uyğun şərtlərdən faydalana bilərsiniz. American College in Baku sizə aşağıda qeyd olunan sahələr üzrə xaricdə kurslar təklif edir:

  • Management
  • Leadership
  • Marketing, Advertising & PR
  • HR & Business Communications
  • Legal Studies
  • Finance
  • English for Aviation

Kursun strukturu adətən sizing seçdiyiniz proqrama və seçdiyiniz həftəlik dərs saatına uyğun qurulur. Bu proqramları təklif edən kurslar paralel olaraq sizə qonaqlama imkanları (ailə yanı, rezidensiya, kirayə ev, hotel) və hava limanında qarşılama, yola salma kimi xidmətləri də təklif edir. 

Gəlin və sizə təklif etdiyimiz fürsətlərdən faydalanın. İngilis dilini öz vətənində öyrənin.