ÜMUMİ İNGİLİS DİLİ

Ümumi İngilis Dili 6 səviyyədən ibarətdir:

  • 0 (Beginner) – IELTS 1-2 / TOEIC 0-150
  • A1 (Elementary) – IELTS 2-3 / TOEIC 151-300 / CAMBRIDGE KET
  • A2 (Pre-Intermediate) – IELTS 3-4 / TOEFL IBT 0-31 / TOEIC 301-400
  • B1 (Intermediate) – IELTS 4-5 / TOEFL IBT 31-34 / TOEIC 401-525 / CAMBRIDGE PET
  • B2 (Upper-Intermediate) – IELTS 5-6 / TOEFL IBT 35 – 59 / TOEIC 526 – 750 / CAMBRIDGE FCE
  • C1 (Advanced) – IELTS 6-7 / TOEFL IBT 60-93 / TOEIC 751-900 / CAMBRIDGE CAE
  • C2 (Proficient) – IELTS 7-8 / TOEFL IBT 94-109 / TOEIC 901+ / CAMBRIDGE CPE

Bizimlə siz dil biliklərinizi 4 istiqamətdə inkişaf etdirirsiniz: oxu, yazı, dinləmə və danışıq bacarıqları. Biz dərsləri ümümi bal 5 olmaqla 4.25 bal alan ən çox üstünlük verilən dil kitabı – American English File-la tədris edirik. Bu kitabla və müəlliminizin düzgün istiqaməti ilə siz dərs zamanı necə düzgün tələffüz etmək lazımdır sualına cavabı asanlıqla tapacaqsınız.

  • 0 ( Beginner) –  bir neçə həftə sonra bu səviyyədə olan şəxslər İngilis dili tələffüzünün təməlini öyrənə və bu dildə sadə dialoqlar qura bilərlər
  • A1 (Elementary) – bu səviyyənin sonunda kursu bitirən şəxslər sadə cümlələr qura və sadə suallara sərbəst şəkildə cavab verə bilər. Ailə, günlük rejim və xoşladıqları və xoşlamadıqları predmetlər barədə danışa, habelə restoranda yemək sifariş edə və sadə mətnləri anlaya və yaza bilərlər.
  • A2 (Pre-Intermediate) – bu səviyyənin sonunda kursu bitirən şəxslər özündən əmin şəkildə danışa (alış-veriş etmək, otel nömrəsi sifariş etmək və s.), İngilis dilində söhbət edə, sadə və orta səviyyədə olan mətnləri anlaya və yaza, habelə daha geniş söz bazası və qrammatik biliyə yiyələnə bilər. 
  • B1 (Intermediate) – bu səviyyənin sonunda kursu bitirən şəxslər günlük söhbətlərdə iştirak edə, orta səviyyədə yazılmış mətnləri anlaya və yaza, iclas, mühazirə, TV proqramların əsas mahiyyətini anlaya və qeydlər apara bilər. Bundan əlavə hər hansı bir yazılı sənədin əsas məlumatını əldə edə bilər.
  • B2 (Upper-Intermediate) –  bu səviyyənin sonunda kursu bitirən şəxslər uzun söhbətlərdə iştirak edə, esse daxil olmaqla mətnlərin əksəriyyətini anlaya və yaza bilər. Əlavə olaraq TV proqramları, təqdimat və mühazirələri texniki və ya nəzəri məlumat istisna olmaqla anlaya bilər.
  • C1 (Advanced) – bu səviyyənin sonunda kursu bitirən şəxslər uzun söhbətlərdə və müzakirələrdə iştirak edə, formal, akademik və professional sənədlər daxil olmaqla əksər mətnləri anlaya və yaza bilər. Həmçinin, TV, tamaşa, film, mühazirə və təqdimatları asanlıqla anlaya bilər.
  • C2 (Proficient) – bu səviyyədə tələbələr dildəki xırda nüansları öyrənir və söz bazalarını daha da inkişaf etdirmək üçün sərbəst şəkildə mətnlər oxuyur və analiz edirlər.