SAT

Beynəlxalq səviyyədə etibarlı SAT testi 1926-cı ildən Collage Board tərəfindən təşkil olunan imtahan növüdür. İlk dəfə Birləşmiş Ştatlarda tətbiq olunan imtahan ölkədəki universitetlərdə təhsil almaq istəyən tələbələr üçün etibarlı olmuşdur, bu gün isə Kanada, Böyük Britaniya, Türkiyə və Avropa da daxil olmaqla 3000-dən çox universitetdə təhsil imkanı yaradır. İmtahan sistemi 2016-cı ildən etibarən yenilənib. Scholastic Aptitude Test yəni Təhsil Qabiliyyət Testi olan SAT, xaricdə təhsil görməyi düşünən hər bir tələbənin girməli olduğu bir test deyil. Amma Harvard, Yale, Princeton kimi ən nüfuzlu universitetlərdə təhsil almaq və akademik təqaüd qazanmaq istəyən tələbələr üçün bir zərurətdir.

Testin Məzmunu

Xaricdə təhsil almaq istəyən tələbələr üçün, Collage Board iki ayrı imtahan növü təşkil edir: SAT 1 – Reasoning Test və SAT 2 – Subject Test. 

Bunlar aşağıdakılardır:

  •  Reasoning Test:

Tələbələrin riyazi və şifahi biliklərinin ölçüldüyü testdir. Bu, 3 mərhələdən ibarətdir və hər testin balı 200-dən 800-ə qədərdir.

1. Math Test – Riyaziyyat Testi: 

2 bölməyə bölünmüş olan bu test ümumi 80 dəqiqə və 58 sualdan ibarətdir. 20 sualdan ibarət olan bölməsi 25 dəqiqə davam edir. Qalan 38 sualdan ibarət hissəsi isə 55 dəqiqə ərzində tamamlanmalıdır və bu bölmədə kalkulyator istifadəsinə icazə verilir. Suallar problemlərin həlli, məlumatların təhlili, cəbr və ali riyaziyyat bacarıqlarınızın yoxlanılmasına əsaslanır.

2. Reading Test – Oxuma Testi: 

Testin bu hissəsində sizin oxuyub-anlama bacarıqlarınız cədvəl və qrafiklərlə  zənginləşdirilmiş mətnlər vasitəsi ilə yoxlanılır. Sizin 65 dəqiqə ərzində cavablandırmalı olduğunuz 52 sualdan ibarət bu  mətnlər  sosial tədqiqatlar, tarix və elm sahələrini əhatə edir. 

3. Writing and Language Test – Yazı və Dil Testi: 

Test 35 dəqiqə davam edir və 44 sualdan ibarətdir. Burada isə Reading testindən fərqli olaraq sizin oxuyub-anlama bacarıqlarınızdan əlavə dilin qrammatik quruluşu haqqındakı bilikləriniz də yoxlanılır.

  •  Subject Test:

Bu imtahan növü ədəbiyyat, tarix, riyaziyyat, təbiət elmləri və xarici dillər kimi 20 altbaşlıqdan ibarətdir və burada daha çox sizin orta məktəb bilikləriniz yoxlanılır. Subject Test ildə 6 dəfə keçirilir.