IELTS

IELTS (The International English Language Testing System), yəni Beynəlxalq İngilis dili Test Sistemi yüksək təhsil və qlobal miqrasiya üçün olan dünyanın ən məşhur İngilis dili imtahanıdır. Dünyada 10000-dən çox təşkilat IELTS imtahanın ədalətli olduğuna inanır, yəni rahatlıqla əmin ola bilərsiniz ki, nəticəniz təhsil müəssisələri, sahibkarlar, müxtəlif hökumətlər və professional qurumlar tərəfindən tanınır.

IELTS SİSTEMİ NECƏDİR?

İngilis dili üzrə dünyanın aparıcı ekspertləri tərəfindən hazırlanan IELTS xaricdə təhsil və ya işinizdə uğur qazanmaq üçün sizə lazım olan İngilis dili bacarıqlarınızı geniş miqyasda ölçür. Siz aşağıdakı istiqamətlərdə test olunursunuz:

  • Listening – Dinləmə
  • Reading – Oxuma
  • Writing – Yazı
  • Speaking – Danışıq

Test ingilis dilli hər hansı bir ölkədə gündəlik istifadə olunan dili özündə əks etdirmək üçün tərtib olunub və hətta Britaniya, Amerika və Avstraliyada istifadə olunan İngilis dilindəki müxtəliflikləri özündə əks etdirir.

İmtahanda nəticələr maksimum bal 9 olmaqla 1-9 bal arası qiymətləndirilir. 9 bal ən yüksək nəticədir və bu, o deməkdir ki, siz İngilis dilini doğma dil kimi bilirsiniz. Əksər universitetlər 6.5 və bundan yuxarı nəticələri qəbul edir.

BƏS HANSI IELTS NÖVLƏRİ VAR VƏ SİZİN ÜÇÜN DOĞRU OLAN IELTS HANSIDIR?

IELTS Academic –Akademik IELTS 
Əgər siz xaricdə universitetin hər hansı bir pilləsinə müraciət etməyi, xaricdə işləməyi və ya hər hansı bir professional təşkilatla işləməyi planlaşdırırsınızsa, sizə IELTS-ın bu növünü seçmək lazım gələcəkdir.

IELTS General Training – Ümumi IELTS
Əgər siz xaricdə hər hansı bir kursda, işlə bağlı hər hansı bir treyninqdə iştirak etmək və ya hər hansı bir İngilis dilli ölkədə yaşamaq istəyirsinizsə, Ümumi IELTS dil biliyinizin müəyyən səviyyədə olduğunu göstərən ən mükəmməl sübutdur. 

Əlavə olaraq IELTS Birləşmiş Krallıqlar tərəfindən viza və immiqrasiya müraciətlərində qəbul olunur. Həm Ümumi IELTS, həm də Akademik IELTS Birləşmiş Krallıqların tələblərinə uyğundur.