VİZA DƏSTƏYİ

American College in Baku olaraq sizə istədiyiniz ölkənin viza rəsmiləşdirilməsində dəstək göstərmək üçün gəlirik. Bizim başlıca hədəfimiz daima yenilənməkdə olan viza proseslərində sizə lazımi dəstəyi vermək və bu prosesi sizin üçün mümkün olan qədər asanlaşdırmaqdır. 

Viza Dəstəyi nədir?

Viza dəstəyi xidməti dedikdə sizə lazım olan sənədlərin düzgün yığılması üzrə ümumi konsultasiya, otelinizin və aviabiletinizin mümkün formaları ilə tanış edilməyiniz, viza müraciəti üçün gərəkli olan ərizə formalarının doldurulması, səfirlikdə görüş gününün təyin olunması nəzərdə tutulur.

Viza dəstəyi xidmətinə nələr daxildir?
  • Ümumi konsultasiya
  • Blank doldurulması
  • Sənədlərin düzgün hazırlanması
  • Otel və bilet bronları
  • Səfirliklə görüş tarixinin təyin edilməsi
Viza dəstəyi xidmətinə nələr daxil deyil?
  • Səfirliyə ödəniləcək viza rüsumu
  • Sığorta
Xidmət haqqı nə qədərdir?

Şirkətimizin sizə təklif edəcəyi viza dəstəyi xidməti ilə əlaqədar ödəməli olduğunuz məbləğlər aşağıdakı kimidir:

  • Şengen – 
  • ABŞ – 
  • Birləşmiş Krallıq – 
  • Kanada – 
  • BƏƏ – 
  • Çin – 

Viza üçün lazım olacaq sənədlərin siyahısı

ALMANİYA 

  • Xarici pasport
  • Şəxsiyyət vəsiqəsi (alman dilinə tərcümə və təsdiq) 
  • CV (alman dilində)
  • Doğum haqqında şəhadətnamə (alman dilinə tərcümə və təsdiq) 
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı)
  • Attestat (alman dilinə tərcümə və təsdiq)  
  • Motivasiya məktubu (alman dilində)
  • Yaşı 18-dən aşağı olan tələbələr üçün anadan və atadan ölkədən sərbəst çıxmağına icazə sənədi (alman dilinə tərcümə və təsdiq)  
  • Sığorta şəhadətnaməsi

ABŞ

  • Xarici pasport
  • Şəkil 5×5 (1 ədəd ağ fonda)
  • Şəxsiyyət vəsiqəsi 
  • Doğum haqqında şəhadətnamə (ingilis dilinə tərcümə və təsdiq)
  • İ20
  • Qəbul sənədi
  • Təhsilinizə dair sənədlər (ingilis dilinə tərcümə və təsdiq)  
  • İş yeri sənədi
  • Bank sənədi və çıxarışı
  • Maliyyə dəstəyi verəcək sənədlər

AVSTRİYA

  • Xarici pasport
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı)
  • Doğum haqqında şahədətnamə (alman dilinə tərcümə və təsdiq, 2 ədəd)
  • Şəxsiyyət vəsiqəsi (alman dilinə tərcümə və təsdiq, 2 ədəd)
  • İş yeri sənədi (alman dilinə tərcümə və təsdiq) 
  • Bank sənədi və çıxarışı (alman dilinə tərcümə və təsdiq)
  • Təhsilinizə dair sənədlər (alman dilinə tərcümə və təsdiq, 2 ədəd)
  • Məhkumluq haqqında arayış (alman dilinə tərcümə və təsdiq)
  • Yaşayış yeri sənədi (alman dilinə tərcümə və təsdiq)

BÖYÜK BRİTANİYA

  • Xarici pasport
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı) 
  • Şəxsiyyət vəsiqəsi   
  • Doğum haqqında şəhadətnamə (ingilis dilinə tərcümə və təsdiq)
  • Bank sənədi və çıxarışı (ən azı 28 günlük hesab)
  • Tibbi arayış
  • IELTS və ya TOEFL
  • Təhsilinizə dair sənədlər (ingilis dilinə tərcümə və təsdiq)   
  • İş yeri sənədi 

ÇEXİYA 

  • Xarici pasport
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı) 
  • Şəxsiyyət vəsiqəsi   
  • Doğum haqqında şəhadətnamə (tərcümə və təsdiq) 
  • Bank sənədi və çıxarışı + kart kopyası
  • Məhkumluq haqqında arayış (tərcümə və təsdiq)
  • İş arayışı

FRANSA

  • Xarici pasport 
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı) 
  • Şəxsiyyət vəsiqəsi   
  • Doğum haqqında şəhadətnamə (ingilis dilinə tərcümə və təsdiq)   
  • Bank sənədi və çıxarış
  • Təhsilinizə dair sənədlər (ingilis dilinə tərcümə və təsdiq)
  • İş yeri sənədi (ingilis dilində)
  • Birinci 3 ay ərzində Fransada yaşayış formasını izah edən sənədin surəti
  • Fransada universitetə və ya ali təhsil müəssisəsinə və ya hazırlıq mərkəzinə sənədlərin qəbulunu (préinscription) və ya göstərilən müəssisələrə qəbulu (inscription) təsdiq edən sənədin əsli və surəti

İSPANİYA

  • Xarici pasport
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı)  
  • Şəxsiyyət vəsiqəsi (ispan dilinə notarial tərcümə və təsdiq)
  • Doğum haqqında şəhadətnamə (ispan dilinə notarial tərcümə və təsdiq)
  • Tibbi sənəd (ispan dilinə notarial tərcümə və təsdiq)
  • İş yeri sənədi (ispan dilinə notarial tərcümə və təsdiq) 
  • Bank sənədi və çıxarış
  • Məhkumluq haqqında arayış (ispan dilinə notarial tərcümə və təsdiq)
  • Təhsilinizə dair sənədlər (ispan dilinə tərcümə və təsdiq)
  • IELTS və ya TOEFL 

İSVEÇRƏ

  • Xarici pasport
  • 3 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı)
  • Doğum haqqında şəhadətnamə (ingilis dilinə notarial tərcümə və təsdiq, 3 ədəd)
  • Şəxsiyyət vəsiqəsi (ingilis dilinə notarial tərcümə və təsdiq, 3 ədəd)
  • İş yeri sənədi
  • Bank sənədi və çıxarışı
  • Təhsilinizə dair sənədlər (ingilis dilinə tərcümə və təsdiq, 3 ədəd) 

İTALİYA

  • Xarici pasport
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı)
  • Doğum haqqında şəhadətnamə (ingilis və ya italyan dilinə notarial tərcümə və təsdiq, 3 ədəd)
  • Şəxsiyyət vəsiqəsi (ingilis və ya italyan dilinə notarial tərcümə və təsdiq, 3 ədəd)
  • İş yeri sənədi
  • Bank sənədi və çıxarışı

KANADA

  • Xarici pasport
  • 2 ədəd biometrik pasport şəkli (3,5×4,5, 6 aydan köhnə olmamalı)
  • Doğum haqqında şəhadətnamə (ingilis dilinə notarial tərcümə və təsdiq)
  • Şəxsiyyət vəsiqəsi (ingilis dilinə notarial tərcümə və təsdiq)
  • İş yeri sənədi
  • Bank sənədi və çıxarış
  • Tibbi arayış
  • Məhkumluq sənədi (ingilis dilinə notarial tərcümə və təsdiq)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *