VİSBY PROGRAMME SCHOLARSHİP

Visby təqaüdü yalnız İsveç universitetlərində təhsili maliyyələşdirən təqaüddür. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Ukrayna, Ermənistan ölkələrindən müraciət edən Master tələbələri üçün nəzərdə tutulmuşdur. Hər il oktyabr ayında təqaüd üçün nəzərdə tutulan ixtisaslar proqram tərəfindən elan olunur.
Aşağıdakı xərclər qarşılanır:
1.Universitetin tələb etdiyi illik ödəniş
2.Aylıq 1.100 dollara qədər təqaüd
3.Tibbi sığorta

  1. 500 dollara qədər olan səyahət xərcləri Müraciətçilər mütləq şəkildə qeyd edilən ölkələrin vətəndaşı olmalı və həmin ölkələrdə yaşamalıdırlar. Təqaüdü qazanmaq üçün İsveç universitetlərindən birindən qəbul almaq şərtdir.
    Təqaüd prosesi:
    1.16 Oktyabr- 15 Yanvar tarixləri ərzində özünüzə uyğun ixtisası tapmaq və ona müraciət etmək
    2.4-14 Fevral tarixləri ərzində təqaüdə müraciət etmək
    3.26 Aprel cavabların açıqlanması
    Təqaüdə müraciət üçün əsas aşağıdakı sənədlər tələb olunur:
    1.Motivasiya məktubu
    2.CV
  2. Tövsiyyə məktubu
    Təqaüdə müraciət ödənişlidir.
    https://si.se/en/apply/scholarships/visby-programme-masters/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *