TÜRKİYƏ BURSLARI

Türkiyə Bursları, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının qısa formada YTB-nin Türkiyədə bakalavr, magistr və PhD təhsili almaq üçün bütün xarici vətəndaşlara təqdim etdiyi təqaüd proqramıdır. Proqrama seçildiyiniz təqdirdə, Türkiyədə seçdiyiniz universitet və ixtisasda heç bir təhsil haqqı ödəmədən oxumağa haqq qazanırsınız. Bundan əlavə Türkiyə Bursları, sizin birdəfəlik Türkiyəyə gediş-dönüş biletiniz, yataqxana, sosial siğorta xərclərinizi qarşılayır və sizə aylıq təqaüd verir. Bu təqaüd hazırda bakalavrlar üçün 700 TL, magistrlar üçün 950 TL və PhD tələbələri üçün 1400 TL-dir. Əgər oxumaq istədiyiniz tədris türk dilindədirsə və dil səviyyəniz yetərli deyilsə Türkiyə Bursları eyni zamanda sizin bir illik hazırlıq dərslərinizi də qarşılayır. Türkiyə Bursları yanlızca təqaüdü təşkil etmir eyni zamanda üniversitetə yerləşməyə də kömək edir. Bu özəlliyi ilə digər təqaüd proqramlarından fərqlənir. Təqaüdü fərqləndirən digər şeylərdən biri də müraciət prosesinin sadə olmasıdır. ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
Proqrama müraciəti üç mərhələyə bölə bilərik : ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
1) Elektron formada müraciət
2) Üz-üzə müsahibə
3) Seçildikdən sonra sənədləşmə⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
Müraciət hər il bir dəfə Yanvar ayının əvvəlindən Fevral ayının ortalarına kimi davam edir. Təqaüdə müraciət pulsuzdur. ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
Türkiyə burslarının rəsmi saytında online qeydiyyatdan keçməlisiniz. Qeydiyyat zamanı şəxsi məlumatları daxil edib sonra sizdən edilən sənədləri elektron formada sistemə yükləyirsiniz. Əsas sənədlər : Şəkil, Passport, təhsil dərəcəsindən asılı olaraq təhsiliniz sübut edən sənədlər (attestat, diplom, transkript) , təhsilinizi bitirməmisinizsə bitirəcəyinizə dair arayış, referans məktubu, europass formada hazırlanmış CV, varsa fəaliyyətinizi əks elətdirən diplom və ya sertifikatlar və dil biliyinizi göstərən sertifikatlar. Sənədləri Azərbaycan, Türk və İngilis dilində yükləyə bilərsiniz. Növbəti addım motivasiya məktubudur. Daha sonra sistemdə bakalavr, magistratura və doktoranturaya müraciət üçün proqramlar açılır. Sizə uyğun programı seçdikdən sonra müraciət edə biləcəyiniz universitetlər və ixtisaslar açılır. Cəmi 12 ixtisas seçə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *