STİPENDİUM HUNGARİCUM

Macarıstanda da müxtəlif təqaüd proqramına müraciət edə bilərsiniz. Amma aralarında ən tanınanı Macar hökümətinin təqdim etdiyi “Stipendium Hungaricum” adlanan təqaüd proqramıdır. Proqram qarşılayır: ⠀⠀⠀⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ⠀
• Universitet ödənişinizi – Təhsil xərcindən azad olacaqsınız
• Aylıq təqaüd – Oxuduğunuz müddətdə aylıq 130 avro məbləğində təqaüd alacaqsınız
• Yataqxana – Qalacaq yer barəsində qayğılanmanıza gərək qalmır. Proqram sizi təxminən 120 Avro dəyərində yataqxana ilə təmin edir. Əgər kirayədə qalmağı üstün tutacağınız təqdirdə bu məbləğ hər ay hesabınıza əlavə olaraq köçürdülür
• Tibbi sığorta – İllik 205 Avroya qədər tibbi sığorta xərcinizi qarşılayır⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
Təqaüd üçün lazım olan sənədlər: ⠀⠀⠀⠀⠀⠀⠀
1)Motivasiya Məktubu. Macarıstanda və həmin sahədə niyə təhsil almağınız barədə bir səhifəlik essay. İngiliscə yazılmalıdır.
2) İngilis dili sertifikatı. Hər universitetin özünün requirementləri olur.Ən aşağı 5.5 bal sertifikatınız olsun. İELTS sertifikatınız hələ yoxdursa, universitetlər Aprel-İyuna yına kimi gözləyir. Amma məsləhətdir ki, indidən İELTS götürəsiniz ki, Təhsil Nazirliyinə intervyuya getdiyinizdə İELTS balınızın olmasını görüb, sizə üstünlük versin.
IELTS balı universitetdən universitetə dəyişir. Zəhmət olmasa dəqiqləşdirin.Tələblər 5.5-6.5 arasındadəyişir.
3) Bakalavra gedənlər: 9-11 sinif qiymətlərinin ingiliscəy ətərcümə və təsdiqi. Əgər məzun olmusunuzsa, attestatın ingiliscəyə tərcümə və təsdiqi.
4) Magistraturaya gedənlər. 1-4-cü kurs qiymətlərinin ingiliscəyə tərcümə və təsdiqi. Bitirənlər diplom və diplom əlavəsinin tərcümə və təsdiqi
Yaxşı olardı ki, bakalavr və ya magistraturada oxuyursunuzsa, hal-hazırda universitet və ya məktəbdə oxuduğunuza dair arayış alasınız. Arayış Macarıstan universitetlərinə təqdim edilmək üçün verilir. İngiliscəyə tərcümə və təsdiq edin.
5) Tibbi arayış. AIDS, Hepatitis A,
B, C və digər xəstəliklərin olmaması barədə arayış. İngiliscə tərcümə və təsdiqli. Arayış Macarıstan Universitetlərinə verildiyi qeyd olunsun.
6) Xaricipassportunskanı. Şəkil 3.5×4.5 scan olunmuş.
Deadline Dekabr – Yanvar aylarının ortaları

Leave a Reply

Your email address will not be published. Required fields are marked *