RUS DİLİ

Hazırki dövrdə xarici dil bilmək sizin istər təhsil, istərsə də iş həyatınızda olduqca mühim yer tutur. Ana dildən əlavə ikinci və hətta üçüncü və s. sayda xarici dil bilmək özü hal-hazırda böyük üstünlükdür. Dövrümüzdə aparıcı yerə sahib olan xarici dillər arasında rus dili də vardır. 

Siz bizim vasitəmizlə öz dil biliklərinizi sizə lazım olan bütün istiqamətlərdə inkişaf etdirə bilərsiniz. Dərslərimiz oxuma, yazma, dinləmə və danışıq bacarıqlarınızın inkişafı üçün olduqca effektiv metodlardan istifadə edilməklə tədris olunur. Dərs metodikamızın fərqliliyi və effektivliyi ilə sizin qısa müddət içərisində rus dili biliklərinə yiyələnə biləcəyinizə tam zəmanət veririk. 

  • A1 (ТЭУ: элементарный уровень) – bu səviyyənin sonunda kursu bitirən şəxslər sadə cümlələr qura və sadə suallara sərbəst şəkildə cavab verə bilər. Ailə, günlük rejim və xoşladıqları və xoşlamadıqları predmetlər barədə danışa, habelə restoranda yemək sifariş edə və sadə mətnləri anlaya və yaza bilərlər.
  • A2 (ТБУ: базовый уровень) – bu səviyyənin sonunda kursu bitirən şəxslər özündən əmin şəkildə danışa (alış-veriş etmək, otel nömrəsi sifariş etmək və s.), İngilis dilində söhbət edə, sadə və orta səviyyədə olan mətnləri anlaya və yaza, habelə daha geniş söz bazası və qrammatik biliyə yiyələnə bilər. 
  • B1 (ТРКИ-I: первый уровень) – bu səviyyənin sonunda kursu bitirən şəxslər günlük söhbətlərdə iştirak edə, orta səviyyədə yazılmış mətnləri anlaya və yaza, iclas, mühazirə, TV proqramların əsas mahiyyətini anlaya və qeydlər apara bilər. Bundan əlavə hər hansı bir yazılı sənədin əsas məlumatını əldə edə bilər.
  • B2 (ТРКИ-II: второй уровень) –  bu səviyyənin sonunda kursu bitirən şəxslər uzun söhbətlərdə iştirak edə, esse daxil olmaqla mətnlərin əksəriyyətini anlaya və yaza bilər. Əlavə olaraq TV proqramları, təqdimat və mühazirələri texniki və ya nəzəri məlumat istisna olmaqla anlaya bilər.
  • C1(ТРКИ-III: третий уровень) – bu səviyyənin sonunda kursu bitirən şəxslər uzun söhbətlərdə və müzakirələrdə iştirak edə, formal, akademik və professional sənədlər daxil olmaqla əksər mətnləri anlaya və yaza bilər. Həmçinin, TV, tamaşa, film, mühazirə və təqdimatları asanlıqla anlaya bilər.
  • C2 (ТРКИ-IV: четвертый уровень) – bu səviyyədə tələbələr dildəki xırda nüansları öyrənir və söz bazalarını daha da inkişaf etdirmək üçün sərbəst şəkildə mətnlər oxuyur və analiz edirlər.

Kursun müddəti tələbənin Rus dili səviyyəsindən aslı olaraq 2 aydan-9 aya qədər ola bilər. Kursu bitirən tələbələrə SERTİFİKAT verilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *