HAQQIMIZDA

Nəticə Başlanğıcdan asılıdır!

American College in Baku qısa müddətdə Azərbaycanda beynəlxalq proqramlar və imtahanlara hazırlıq kursları təklif edən aparıcı təhsil ocaqlarından biri olmuşdur. Bizim beynəlxalq dərəcədə tanınan dərs proqramımız dünyada ən məşhur metodlarla ölkəmizin qabaqcıl müəllimləri tərəfindən məhz sizin üçün tədris olunur! Tələbələrimiz kurs müddətindən asılı olaraq proqressi analiz etmək üçün mütəmadi test edilir. Tələbərimizin yeni trendləri öyrənməyinə töhfə verən vəsaitlərimiz reytinqdə ən yüksək qiymətləndirilən vəsaitlərdir.

Müəllim heyətimiz dünyada ən qabaqcıl universitetlərdə təhsil almış və tez-tez özlərini xaricdəki treyninqlərdə inkişaf etdirən mütəxəssislərdən ibarətdir. Bugünə kimi əldə etdiyimiz təcrübələri və bilikləri bir yerdə sizin üçün topladıq! 

Təklif etdiyimiz kurslar və proqramlara İngilis dili, Biznes İngilis dili, IELTS, TOEFL, IB, SAT, GRE və GMAT daxildir. Özümüzə olan əminliyimiz bizə şərait yaradır ki, sizə ödənişsiz sınaq dərsləri təklif edək! Dərslərimizdən razı qalacağınıza və bizimlə bu yolda davam edəcəyinizə əminik.

Ən əsası biz sizə Xaricdə Təhsil barəsində də köməyimizi təklif edirik. Sizə istəyinizdən asılı olaraq İngiltərə, ABŞ, Russiya, Turkiyə, Almaniya və s. ölkələrdəki həm universitet, məktəb və kurslarda təhsil, həm də yay məktəbi, kamp və layihələrdə iştirak etmək şansı veririk. 

Əvvəldə də dediyimiz kimi nəticəniz uğurlu başlanğıcdan və ən az sizin qədər sizin işinizə qayğı ilə münasibət göstərən professional komandanın dəstəyindən asılıdır!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *