DAAD

Almaniyada təqaüdlü təhsil üçün imkanlar o qədər də geniş deyildir. Bu imkanlar arasında ən populyar olanı məhz DAAD təqaüdüdür. Təqaüd yalnız master və phd üzrə təhsili dəstəkləyir. Bakalavrlar üçün isə bu təqaüd yay məktəbi şəklində nəzərdə tutulmuşdur.

Təqaüd xeyli rəqabətcil olduğuna görə qazanmaq üçün yaxşı təhsil və sosial göstəricilərin olması şərtdir.

Tələb olunan əsas sənədlər

1.Onlayn müraciət formu

2.Cv

  1. Motivasiya məktubu

4.Seçdiyiniz universitetlə haqqında məlumat doldurulmuş form

5.Attestat

6.Universitet diplomu və transkript

7.Dil sertifikatları (Alman və ya IELTS, TOEFL )

8.Digər əldə etdiyiniz sertfikatlar

  1. 1 ədəd akademik tövsiyyə məktubu
    Təqaüdün qarşıladığı xərclər :

aylıq 850 € təqaüd

sığorta xərcləri

təhsil yerinə səyahət xərcləri

əlavə ödəniş
Təqaüdün 2 əsas növü vardır:  1. Yalnız iqtisadiyyat yönümlü ixtisaslar üçün (ERP) ; 2.Bütün tip ixtisaslar üçün.

Təqaüdə müraciət etmək üçün lazım olan sənədləri toplayıb DAAD’ ın Bakıdakı ofisinə təqdim etmək lazımdır.

https://www.daad.az/az/teqaud-axtarisi/azerbaycan-uchun-daad-teqaudleri/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *