ATTESTATLA TÜRKİYƏDƏ TƏHSİL

ƏTRAFLI MƏLUMAT ÜÇÜN BİZİMLƏ ƏLAQƏ SAXLAYIN!

 

Təhsil üçün xaricə üz tutanların sayı günü-gündən artmaqdadır. Son dövlərdə bu məqsədlə tələbələr əsasən qonşuluqda yerləşən

Türkiyə Universitetlərinə üstünlük verirlər. Türkiyədə təhsil almaq həm ölkəmizə
yaxınlığı, həm ortaq dil, həm də uyğun qiymətlər baxımından tələbələr üçün ən
avantajlı seçimdir.

Bəs Türkiyə Universitetlərinə qəbul üçün nələr tələb olunur?

Türkiyə Universitetlərinin bakalavr pilləsi üzrə qəbul əsasən iki formada: imtahan nəticələri ilə və imtahansız olaraq aparılır.

  • İmtahan nəticələri ilə Qəbul – Bunun üçün siz universitetə bir sıra Yös, SAT, TQDK kimi bir sıra imtahanlardan universitet tərəfindən tələb olunan balı toplamaqla qəbul üçün müraciət edə bilərsiniz.
  • Yös – hər bir universitet öz Yös imtahanını təşkil edir. İmtahanlardan ən azı 51 bal toplamaq gərəkir. Keçid balları universitetlərə və ixtisaslara görə dəyişir.
  • SAT – Demək olar ki, istənilən Türk Universitetə SAT balı ilə qəbul aparır. Bunun üçün ümumi SAT balınızın ən az 1100 olması gərəklidir.
  • TQDK balı – TQDK imtahanından 550-dən çox bal yığmısınızsa, bu nəticə ilə də Türkiyə universitetlərinə müraciət etmək və qəbul almaq mümkündür.
  • IELTS / TOEFL – Əgər universiteti ingilis dilində oxumağı seçirsinizsə, sizdən tələb olunacaq başqa bir imtahan nəticəsi isə ingilis dili səviyyənizi təsdiqləyəcək IELTS və ya TOEFL kimi beynəlxalq imtahan nəticələridir.
  • Heç bir İmtahan Vermədən Qəbul – Bunun üçün sadəcə ATTESTATınızın olması kifayətdir. Bir sıra Türk Universitetləri başqa bir imtahan nəticəsinə gərək qalmadan, attestat ortalaması ilə də qəbul aparır. Keçid balı kimi qiymət ortalaması götürülür.
Attestatla müraciət edənlər üçün lazım olan sənədlər:
 
  • Attestatın əsli
  • 9-10-11-ci siniflərin qiymət cədvəli (Transkript)
  • Xarici pasport (yoxdursa Şəxsiyyət Vəsiqəsi)
  • 4×6 Şəkil
 

 

ƏTRAFLI MƏLUMAT ÜÇÜN BİZİMLƏ ƏLAQƏ SAXLAYIN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *