ÇEXİYADA TƏHSİL


Qısa məlumat

Çexiyada hazırda 43.000-dən çox xarici tələbə təhsil alır. Dünyanın ən köhnə universitetləri (Charles University 1348-ci il) orada məhz Çexiyada yerləşir. Burada büdcənizi çox zorlamadan yaxşı bakalavr və magistr təhsili ala bilərsiniz, çünki Çexiyada Euro yox ölkənin öz pul vahidi isifadə olunur və bu da cibə daha sərfəlidir.

Təhsil sistemi

Bakalavr təhsili daha çox 3 il, Magistr 2 il davam edir.  Təhsil dili ingilis və çex dillərindədir ancaq rus, alman, fransız dillərində də tədris olunan ixtisaslar var.  Çex dilində təhsil ödənişsizdir ancaq bunun üçün dili gərək yaxşı biləsiniz.

Sənədlər

Qəbul üçün əsasən attestat və ya diplom, həmçinin dil sertifikatları (Toefl, İelts) lazımdır. Minimum Toefl-dan  65, ieltsdan isə 5.5 nəticəniz olmalıdır. Ancaq bəzi universitetlər də var ki, onlar üçün B2 səviyyəsidən ingilis dili bilməyiniz kifayətdir. Bunun üçün hansısa kursa getdiyiniz haqda sənəd və ya ingilis dilində təhsil almısınızsa bu barədə transkript kimi tsdiqləyici sənədlər lazımdır. Yox əgər yetərincə dil biliyiniz yoxdursa onda bir il hazırlıq keçirsiniz sonra təhsilə başlayırsınız.

Top universitetlər

Charles University

Czech Technical University in Prague

Masaryk University

Brno University of Technology

Palacký University Olomouc 

University of Chemistry and Technology Prague

Technical University of Liberec

University of Economics, Prague      

İş imkanı

Çexiyada iş tapma imkanı da yaxşıdır.  2 il işləmək izni verir və bu müddət iş verən tərəfindən uzadıla bilər.Çexiya işləmə icazəsi 20 saaatdır (part time işlərdə) .Çexiya Şengen zonasına  daxil olan  ölkə olduğundan təhsil müddəti ərzində  tələbələrin şengen zonasına daxil olan ölkələrə vizasız  səyahət etmək imkanı mümkündür.

Təhsil haqqı və yaşama xərcləri

Təhsil haqqı ümumi 2000-4000 Avro arasında dəyişir.Özəl universitetlərdə isə bu məbləğ 12000 avrodan  başlayır. Yataqxanalar 2 və 3 nəfərlik olur və daha çox Çex texnik universitetin yataqxanasına üstünlük verirlər. Qiymətləri 150-200 avro arasında dəyişir.  Tələbələr ilk təhsil müddətlərindən sonra kirayə evlərə çıxa bilirlər. Kirayə evlərin də aylıq xərcləri 250 – 300 avro  arasında dəyişir. Ümumilikdə ortalama aylıq xərc 350-750 USD arasında dəyişir. Tələbələr daha çox Praga , sonra isə Brno şəhərlərinə üstünlük verirlər. Əyləncə və idman üçün xərclər 3.6 – 23 USD arasında dəyişir.

Müraciət tarixləri

Dekabr ayından başlayaraq aprel ayının sonlarına kimi davam edir.

Ən sıx müraciət olan  ixtisaslar

İqtisadiyyat, Turizm,  Mühəndislik, Bəynəlxalq əlaqələr, Tib, Memarlıq

Tibb

Sadəcə attestatla təhsil ala bilər ancaq dil sertifikatı təbii ki, lazımdır. Minimum 5.5 İelts balı olmalıdır. İngilis dili lazımı səviyyədə olmasa, bu zaman tələbə 1 illik hazırlıq kursu keçib sonra təhsil alır.İngiliscə tib təhsili 11.000 avrodur + 350 aylıq xərc. Ən yaxşı tibb təhsili Charles və Masaryk  universitetlərindədir.

Mühəndislik

Mühəndislik ixtisası üzrə təhsil haqqı 2000 – 10000 avro arasında dəyişir. Charles University, Czech Technical University in Prague, Masaryk University üniversitetlər mühəndislik üçün ən sıx seçilən universitetlərdir.

İqtisadiyyat

Təhsil haqqı 1700 – 5700 avro arasında dəyişir.  Charles, Czech Technical, Brno University of  Technology, Czech University of Life Science  kimi universitetlər ən çox müraciət edilən universitetlərdir.

Təqaüd Programları

Visegrad Fondu təqaüdləri

Visegrad Scholarship proqramı magistraturada oxumaq istəyən və ya doktoranturanın bir ilini xaricdə təhsil almaq arzusunda olan tələbələr üçün təşkil olunan bir təqaüd proqramıdır. Visegrad regionu təhsil, əlverişli yaşayış xərcləri və mədəni həyat da daxil olmaqla, digər üstünlüklərə malikdir.  Visegrad Scholarship  proqramı magistraturada ( 4 semestr) və ya doktoranturada (2 semestr) təhsil almaq imkanı yaradır.

Hər semestr üçün 2,300 avro + yerləşmə üçün 1,500 avro təqaüd verir.

Proqramda iştirak üçün tələblər:

Diplomun ingilis dilinə tərcüməsi və apostili. Əgər universiteti bitirməmisənsə diplom alma tarixi haqqında sənəd

İş planı.

Seçilən universitetə qəbulolma haqqında sənəd

Təqaüd verən  universitetlər

Charles University in Prague

 Riyaziyyat və Fizika fakultəsi kompyuter  elmləri üzrə həm bakalavr , həm də magistr üçün təqaüd təklif edir.

Təqaüd proqramı bakalavr tələbələri üçün 2019/20, 2020/21, 2021/22 və akademik illər üçün magistr tələbələri üçün 2020/21 və 2021/22 təhsil haqqının birbaşa əhatə olunmasını əhatə edir. AB xaricindəki şagirdlər üçün tədris ili üçün hər il tədris ili üçün 84 000 CZK (təxminən 3 240 EUR) və 140 000 CZK (təxminən 5 400 avro) təşkil edir.

Lazım olan sənədlər

(i) tədris proqramı;

(ii) motivasiya məktubu;

(iii) nəşrlərin siyahısı (əgər varsa);

(iv) qeydlərin transkripti;

(v) CSTFS üçün ərizə (təyin edilmiş forma yoxdur);

(vi) akademik nəzarətçilərdən və ya işəgötürəndən iki tövsiyə məktubu.

Bütüb bu sənədlər Universitetin Tələbə informasiya sisteminə əsasən pdf  formasında admission@mff.cuni.cz ünvanına göndərilməlidir.  Deadline 30 April 2019.

Czech Technical University in Prague

CTU tələbələri birinci semestrını bitirdikdən sonra təqaüd almaq üçün müvafiq fakültənin Beynəlxalq Əlaqələr üzrə Dekan müavininə müraciət edə bilərlər. Təqaüd aylıq  ayda 10 000 CZK (cca 400 EUR / 440 USD) qədər dəyişə bilər.

University of Chemistry and Technology, Prague

 Tələbələr ilk tədrsi ilini yaxşı nəticə ilə bitirəndən sonra 1 il müddətində təhsil haqqına bərabər  təqaüd alırlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *