MACARISTANDA TƏQAÜDLƏ TƏHSİL

Macarıstan da son illərdə tələbələrin ən çox müraciət elədiyi ölkələr arasındadır. Bəs niyə bu qədər tələbə Macarıstanı seçir ?

  • Macarıstanın paytaxtı Budapeşt, Orta Avropada  ikinci ən böyük paytaxt sayılır. Macarıstanın  təhsil sistemi, alman təhsil sisteminə uyğun  formalaşmışdır.
  • Macarıstanda təhsili bitirdiyiniz zaman siz Mavi Diplom alırsınız hansı ki, bu diplomla dünyanın hər yerində təhsilinizi davam etdirə bilərsiniz.
  • Təhsil haqqı, yaşama xərci,  iqtisadi və stratejik zonada yerləşməsi , öz pul vahidlərindən daha çox istifadə etmələri, iş tapma imkanları, təqaüd imkanları bir sözlə tələbəyə lazım olan hər şey daha aşağıdıır deyə , bu ölkəyə maraq son illərdə artıb.

Təqaüd almaq  üçün hansı sənədlər aşağıdakılardır :

1)Motivasiya Məktubu. Macarıstanda və həmin sahədə niyə təhsil almağınız barədə bir səhifəlik essay. İngiliscə yazılmalıdır.
2) İngilis dili sertifikatı. Hər universitetin özünün requirementləri olur. Ən aşağı 5.5 bal sertifikatınız olsun. İELTS sertifikatınız hələ yoxdursa, universitetlər Aprel-İyun ayına kimi gözləyir. Amma məsləhətdir ki, indidən İELTS götürəsiniz ki, Təhsil Nazirliyinə intervyuya getdiyinizdə İELTS balınızın olmasını görüb, sizə üstünlük versin.
IELTS balı universitetdən universitetə dəyişir. Zəhmət olmasa dəqiqləşdirin. Tələblər 5.5-6.5 arasında dəyişir.
3) Bakalavra gedənlər: 9-11 sinif qiymətlərinin ingiliscəyə tərcümə və təsdiqi. Əgər məzun olmusunuzsa, attestatın ingiliscəyə tərcümə və təsdiqi.
4) Magistraturaya gedənlər. 1-4-cü kurs qiymətlərinin ingiliscəyə tərcümə və təsdiqi. Bitirənlər diplom və diplom əlavəsinin tərcümə və təsdiqi
Bakalavr və ya magistraturada oxuyursunuzsa, hal-hazırda universitet və ya məktəbdə oxuduğunuza dair arayış alasınız.
5) Tibbi arayış. AIDS, Hepatitis A,
B, C və digər xəstəliklərin olmaması barədə arayış. İngiliscə tərcümə və təsdiqli. Arayış Macarıstan Universitetlərinə verildiyi qeyd olunsun.
6) Xarici passportun skanı. Şəkil 3.5×4.5 scan olunmuş.
7) http://tka.hu/…/paly…/20161215_statement_for_application.pdf bu formaya imza, ad və imza atdığınız tarixi qoymaqla skan edin, applicationa yükləyin.
8) CV nümunəsi də lazım olacaq online applicationda. Buradan CV-nizi ingiliscə hazırlaya bilərsiniz: 
https://europass.cedefop.europa.eu/editors/en/cv/compose

DİQQƏT : Təqaüd və viza ilə bağlı ətraflı məlumatı buradan ala bilərsiniz.

             https://edu.gov.az/…/11/teqaud-proqrami-macaristan.pdf və ya    https://baku.mfa.gov.hu/aze/page/mqsd-thsil?fbclid=IwAR3R_aBr9dtRavGMiq8A5HKP5oysJ0ntblImtyedPwYA4ePTSj9LuwX2ZCs .


Bu da Macarıstanda ən sıx müraciət edilən universitetlər

Eötvös Loránd University

Daha çox kompyuter elmləri yönümlü ixtisaslar ixtisaslar üstünlük təşkil edir. Universitet paytaxt Budapeştdə yerləşir. Təhsil haqqı  bakalavr üçün 4.800  USD,  Magistr üçün  5000 USD. Qeyd etməliyik ki, Macarıstanda Bakalavr 3 , Magistr 1 il müddətində davam edir.  Budapeştdə 150 Avro yaşayış üçün bəs edir.

Corvinus University 

Universitet Paytaxt Budapeştdə yerləşir və 14.036 tələbəyə ev sahibliyi edir.Bu tələbələrin 1826 nəfəri beynəlxalq tələbələrdir. Burada siz macar, ingilis, alman və fransız dillərində təhsil ala bilərsiniz.  Təhsil haqqı minimum 2600 avrodan başlayır.

University of Pécs

Universitet 1367ci  ildə qurulmuşdur. I Dünya müaharibəsindən sonar yenidən təmir olunmuşdur. Bu universitetdə ən sıx müraciət edilən ixtisas tib ixtisaslarıdır. Təhsil haqqı ixtisasa əsasən 2000-4000 Avro arasında dəyişir. Universitet Pecs şəhərində yerləşir.

University of Szeged 

Universitet Szeged şəhərində yerləşir və bu şəhər Budapeştdən sonra ikinci tələbə şəhəri sayılır. Yaşam xərcləri 300-500 avro arasında dəyişir. Təhsil haqqı ortalama 2500 Avro hesablanır ancaq ixtisasdan asılı olaraq qiymətlər dəyişir. Bakalavr üçün B1, Magistr üçün  B2 English level tələb olunur. Tib, İqtisadiyyat, Menecment kimi fakultələrdə rahatlıqla təhsil ala bilərlər. Universitetə sənədləri göndərmək və  imtahan bileti ümumilikdə 235 Avrodur.

Óbuda University 

Paytaxt Budapeştdə yerləşir. Mühəndislik ixitasını istəyən  tələbələt bu universitetə daha çox müraciət edir. Təhsil əsasən ingilis və macar dilindədir.  İllik ödəniş Bakalvr- 3200EUR;  Master-3500 Euro qiymətlərdən başlayır.

University of Debrecen

Universitet Macarıstanda ikinci ən böyük şəhrə Debreçendə yerləşir.  Şəhər Budapeştdən 2.5 saat uzaqlıqdadır və sanki tələbələr üçün yaradılıb. Tıxac, səs-küy, sıxlıqdan uzaq yaşıllıqdan ibarət bir ərazidir. Yurdda yaşayış qiymətləri 250-400 Avro, Kirayə evlərin qiyməti adambaşına 200-250 avro arasınd dəyişir. Aylıq yaşam xərci ortalama 300-500 Avro arasında dəyişir. 6 kampusu var və bunlardan ikisi , həm də əsas olanı Debrecendə yerləşir. Təhsil haqqı  6000-7000 USD arası dəyişir. Əlavə olaraq, Online müraciət və qəbul intervyusu üçün  500  USD rüsum tələb edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *