İTALİYADA TƏQAÜDLƏ TƏHSİL
İtaliyada oxumaq üçün bir neçə vacib səbəb
- İncəsənətin, modanın, mədəniyyətin, pizzanın mərkəzi sayılır.
- Avropanın ilk universiteti (1088-ci il) olan Bologna universiteti burada yerləşir.
- Avropada ilk 500-ə girən universitetə sahib 3.ölkəsi İtalyadır.
- İnsanları çox pozitiv və istiqanlı insanlardır. Burada aşiq olmama ehtimalınız çox azdır.
- İtalya dünyadakı bir çox ölkələrə nəzərən extra təqaüd fürsətləri ilə keyfiyyətli təhsil imkanı yaradan, hər tələbənin ən keyifyyətli və uyğun qiymətlərlə oxunmasını mənimsəmiş sosial ölkədir.
- İtaliyada oxuyanv tələbələr rahatlıqla Shengen vizası alıb, istədikləri ölkələrə sərbəst şəkildə ziyarət edə bilərlər.
- Hər il İtaliyada təhsilə maraq daha da artıdığına universitetlər xarici tələbələrə daha çox yer ayırır.
- Tələbələrə çalışmaq üçün icazə verilir və bu işlər demək olar part time olur.
Təqaüd programları
İtaliya hökümətinin verdiyi təqaüdlər
Univeristetlərin təqdim etdiyi təqaüd və mükafatlar
Universitetlərin təqdim etdiyi təqaüdlər barəsində siz, seçdiyiniz universitetin web saytındadan ətraflı məlumat ala bilərsiniz. Təqaüdü qazanmağınız üçün yuxarı GPA göstəricisi, GMAT, GRE, SAT, yüksək TOEFL və IELTS, ixtisasla bağlı iştirak etdiyiniz internshiplər kimi kriteriyaları nəzərə almalısınız.
Dövlətin təqdim etdiyi təqaüd programlarını da 2 yerə ayıra bilərik.
Invest your talent in Italy
Regional maddi yardım
Başlayaq ilk təqaüddən. Bu təqaüd İtaliya Xarici İşlər və Beyləxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi və İtaliya Universitetləri ilə partnyorluğu, böyük İtaliyan şirkətləri, sponsorluğu iləbirlikdə həyata keçirilir və sizə illik 8,000 avro dəyərində təqaüd təqdim olunur. Təhsiliniz iki il davam edirsə bu təqaüd ikinci ilə də şamil olunur. Əlavə olaraq bir çox İtaliyan şirkətlərində təcrübə keçmək, dil kursundan yararlanmaq və s. bu kimi imkanlardan yararlanma imkanınız olur. Ancaq bir mənfi hal, erasmus və digər programa qoşulacağınız təqdirdə təqaüdünüzün kəsilir.
Seçilmək üçün göstəriciləriniz kifayət qədər yüksək olmalıdır. Məsələn: Akademik göstəricilərinizin 90 + olması, dil biliklərinizin güclü olması, əlavə dil biliklərinizin olması, İtaliyan dilində müəyyən biliklərinizin olması sizin seçilmə şansınızı artıran səbəblərdəndir. Hansısa problem olduğu halda sizə ya zəng edəcək , ya da mail yazacaqlar. Müsahibə isə Skype vasitəsilə olacaq. Bu müsahibədə isə sizə qabaqcadan mövzu verilir və siz bu mövzuya hazırlaşırsınız. Əlavə olaraq niyə bir neçə sadə standart suallara da hazır olmalınız.
Müraciət etmək üçün
Bura klikləyin. Qarşınıza aşağıdakı üç bölmə çıxacaqki, bunlara diqqət etməlisiniz.
- Təqaüd proqramının dəstəklədiyi hər hansı bir ixtisasa müraciət etməlisiniz.
- Vətəndaşı olduğunuz ölkə proqramın dəstəklədiyi ölkə olmalıdır.
- Proqrama qeydiyyat açıq olmalıdır. Müraciət tarixləri əsasən dekabr –fevral ayları arasında olur.
Sizə lazım olan sənədlər :
- Transkript və ya Bakalvr diplomuna əlavə – Sənədlər ingilis dilinə tərcümə olunmalıdır.
- Bir və ya bir neçə tövsiyyə məktubu – Sizə dərs deyən müəllim, professor, dekan, universitet rəsmisi və ya iş yerindən
- Motivasiya videosu – Bir dəqiqə və 10 mbyte həcmini aşmamalıdır.
- Passport
- Europass CV
- Dil seritifikatı
İtaliya hökümətinin regionlar üzrə verdiyi təqaüdlər
Bu təqaüdü qazanma ehtimalınız kifayət qədər yüksəkdir. Təqaüdü qazanmağınız sizin ailə gəlirlərinizin səviyyəsindən asıllıdır. Təqaüdün verilmə vaxtları da universitetin yerləşdiyi bölgədən asılı olaraq dəyişir və hər ölkənin təqaüd sisteminin adı fərqlidir. Məsələn : Laziodisu – Lazio əyaləti, Edisu – Piedmont əyaləti, DSU – Tuscany əyaləti və s.
Laziodisu programı , ən çox müraciət edilən program sayılır. Qazandığınız halda 2 ildə 10,200 avro dəyərində olan təqaüd alırsınız. Bu təqaüd 4 köçürmə ilə həyatə keçir və mənfi xüsusiyyəti, təqaüdün köçürülmə vaxtlarının yaxşı olmamasındadır.Təqaüd üçün dekabra qədər səbr etməlisiniz. İkinci köçürülmə isə növbəti təhsil ilininin dekabrında olur. Sonra təhsilinizin sonunda daha 2 köçürülmə ilə alırsınız.
Yaşam xərcləri
Yaşam xərcləri şəhərlərdən hətta bir şəhərin müxtəlif ərazilərindən asıllı olaraq dəyişir. Məsələn, Romanın mərkəzində aylıq 500 avro xərclənirsə, Romanın kənarında bu məbləğ 350-400 arası dəyişir. Bir çox mənbədə ortalama yaşam xərclərinin 1,000 və üstü götürülür.
Bəzi önəmli universitetlər
Bocconi University
Politecnico di Milano
Politecnico di Torino
Alma Mater Studiorum – University of Bologna
Universita Cattolica del Sacro Cuore
Sapienza University of Rome
University of Naples – Federico II
Universita di Padova
IED – Istituto Europeo di Design Venice
Accademia del Lusso
İlliyi ən aşağı olan İtalya universitetləri :
University of Torino $ 3.500
University of Padova, $3,800
Free University of Bozen-Bolzano $1,500
Universitetlərə müraciət tarixləri hər unidə dəyişir ancaq ümumən may ayından başlayır iyul ayının sonlarına kimi davam edir.