AMERİKADA TƏQAÜDLƏ TƏHSİL

Nə üçün ABŞ-da təhsil almalı?

Amerika universitetləri öz araşdırma və öyrədici keyfiyyətlərinə görə dünyada geniş tanınır. Xaricdə yüksək keyfiyyətli təhsil axtaran tələbələr üçün Amerika Birləşmiş Ştatları bir nömrəli və ən yaxşı seçimdir. ABŞ-dakı təhsil sistemi tələbələr üçün dünya üzrə olan çoxyönümlü və dəyişik rejimli təhsil sistemidir.

Hal-hazırda dünya üzrə xaricdə təhsil alan tələbələrin 30%-ini ABŞ-da oxuyanlar təşkil edir.

Heç düşünmüsünüzmü nəyə görə ABŞ-ın təhsil sistemi dünyaca məşhurdur?

Akademik səviyyədə mükəmməllik

ABŞ disiplinli formada mükəmməl proqramları ilə dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrindən biridir. Bakalavr səviyyəsində ən az professional sahələr dərəcəsində uyğun fənlər tədris edilir. Magistratura və Doktorantura səviyyəsində isə tələbələr rejimli formada dünyanın ən yaxşı tədqiqatçıları ilə işləmək və öyrənmək şansları əldə edirlər.  ABŞ tərəfindən verilən kvalifikasiya sertifikatları dünya üzrə akademik səviyyədə tanınır.

Təhsil şanslarının diversifikasiyası (araşdırılıb dəyərləndirilməsi)

ABŞ təhsil sistemi tələbələrə bir çox şanslar vəd edir. Proqramın strukturu bərabər səviyyədə həm nəzəri biliklərin yiyələnməsi həm də praktiki inkişaf arasında bölünmüşdür. Əgər sən qeyri-adi və fərqli bir proqram axtarırsansa (məs: gerontologiya kimi), sənin birdən çox şansları ABŞ-da tapa bilərsən.

Müasir texnologiya

ABŞ universitetləri texnologiya və elmi cihazlarına və onların təmin edilməsinə görə dünya lideridir. Əsas məqsəd tələbələri ən son elm, mühəndislik və digər əlaqəli sahələr ilə tanış etməkdir. Nəticə isə iş üçün ən uyğun bacarıqlar və yüksək texnologiya istifadə edərək tam hazır məzunlar!

Tədqiqat, öyrətmək və treyninqlər üçün şans

ABŞ-da məzun olan tələbələr tədqiqat və öyrədici sahələrdə uyğun proqlamlarla çox dəyərli təcrübə qazanır. Bu proqramlar həm də tələbənin gələcək yüksək təhsilini Amerikada almasə üçün onlara maliyyə baxımdan kömək edir. Burada qazanılmış praktiki təcrübə onların gələcək tədqiqat və öyrətmə kariyeralarında çox əhəmiyyətli rol oynayır.

Dəyişkənlik

ABŞ təhsil sistemi proqramla bərabər çoxlu kurs şansları və sahəni dəyişdirmək və ya bir neçə sahəni öyrənmək şansları təklif edir. Bir qədər növbəti mərhələlərdə bakalavr proqramlarında tələbələr öz kariyera istəklərini kombinasiya edə bilərlər, məsələn,  jazz və mühəndislik kimi! Məzun olduqdan sora isə özün üçün proqram qurub kreditləri rahat şəkildə və düzgün şərti qrafiklə tamamlaya bilərsən.

Xarici tələbələr üçün xidmət dəstəyi

ABŞ universitetləri xarici tələbələri ABŞ-da yüksək təhsil əldə edilməsi və onlara xidmət dəstəyinin verilərək həyatlarını burada öyrəşməyə köməklik edərək qarşılayır. Xarici tələbələr üçün olan ofisdə xidmətlər tələbələrin yeni mühitə öyrəşməsində köməklik edir. Dəstək il boyunca həm proqramların təşkil edilişində akademik yazışmalarla köməklik edilməsi və tələbələr məzun olan kimi onlar üçün rezumelərinhazırlamasından ibarətdir.

Yataqxana həyatı

ABŞ universitetləri akademik, mədəni və atletik proqramlar təklif edir seçim üçün hansı ki bunlar nəinki tələbələrin təhsil səviyyəsinin inkişafında həmçinin yeni dostlar qazanmaq və dünyəvi vətəndaş olmasında yardımçı olur. Sənin universitetinin əlavə kimi regional və etnik  kriket komandası ola bilər.

Dünyəvi təhsil

ABŞ universitetlərində olan akademik təhsil və təcrübənin dünyəvi iş bazarında çox müsbət reputasiyası vardır. ABŞ təhsil sistemi tələbənin uzunmüddətli kariyera məqsədlərinə çox güclü təsir edir. Təcrübə kritiki düşünmə qabiliyyətinin, özgüvənin inkişafının, mədəniyyətlərarası qabiliyyətinin və bi kimi digər göstəricilərin inkişafına kömək edir və ümumdünya işçilər arasında çox yüksək dəyərləndirilir.

Hansı Təqaüdlər var?

1.Fulbright Təqaüd Proqramı

Amerikada təqaüd axtarırsınızsa araşdırma etdikdə qarşınıza çıxacaq ilk təqaüd Fulbright proqramıdır. Fulbright təqaüd proqramı çərçivəsində magistratura və doktorantura təhsili üçün təqaüd verilir. Ayrıca təhsil üzvləri və tədqiqatçılar üçün də təqaüdlər mövcuddur. Karyeralarının ortasında, cəmiyyətə xidmət verən bir təşkilatda çalışan, liderlik xüsusiyyətlərinə sahib və professional inkişafa açıq idarəçi, planlama qabiliyyəti ya da mütəxəssislərin müraciət edə biləcəyi bir təqaüd proqramı olan Hubert H. Humphrey Təqaüd Proqramı da müraciət ediləcək proqramlardan biridir.

Ətraflı Məlumat Üçün: 

http://www.cies.org/
http://fulbright.org.tr/burslarimiz-ve-hizmetlerimiz/

2.Abbey Road Summer Scholarships

Dil,tərcümə ixtisas tələbələri və incəsənət bölməsində oxuyan tələbələrə istiqamətli təqaüd proqramı çərçivəsində yaz aylarında Amerikada təhsil almaq istəyənlərə istiqamətli aylıq 1500 $ təqaüd təqdim olunur.

Ətraflı məlumat üçün: http://app.goabbeyroad.com/abbey-r…/summer-fellowships.shtml

3.The Next Gen Scholarship Fund

Washington DC, Maryland və ya Virginia universitetlərində təhsil almaq istəyən tələbələrə istiqamətli təqaüd proqramının şərti qiymət ortalamanızın ən az 3.00 olmasıdır. Təqaüd çərçivəsində qəbul edilən tələbələrə orta aylıq 1000 $ təqaüd verilməkdədir.

Ətraflı məlumat üçün: http://usascholarships.com/nextgen-scholarship/

4.Tortuga Backpacks Study Abroad Scholarship

İldə 2 dəfə təqaüd seçməsi edən proqram çərçivəsində ölkə xaricindən gələn tələbələrə istiqamətli aylıq 1000 $ təqaüd təmin edilməkdədir.

Ətraflı məlumat. http://www.studentscholarshipsearch.com/…/tortuga-backpacks…


5. David P. Shapiro Annual Leukaemia Scholarships

Amerika Birləşmiş Ştatları daxilində qan xərçəngi (lösemi) üzərinə araşdırma edəcək tələbələrə istiqamətli təqaüd proqramı aylıq 1000 $ təqaüd təmin etməkdədir.

Ətraflı məlumat üçün :https://www.davidpshapirolaw.com/annual-leukemia-scholarsh…/

6. BEREA College Scholarships

BEREA Universiteti nəzdində təhsil görəcək müvəffəqiyyətli tələbələrə təqaüd çərçivəsində % 100 dəstək verilməkdədir. Təqaüd proqramı içərində yataqxana xərcləri, aylıq həyat xərcləri və universitet xərc ödənişi də var.

Ətraflı məlumat üçün https://www.berea.edu/cie/scholarships-grants/

7. AAUW International Fellowships

United States hər hansı bir universitetdə təhsil görəcək qadınlara təqaüd proqramı çərçivəsində aylıq 1000 $ təqaüd verməkdədir.

Ətraflı məlumat üçün : http://www.aauw.org/…/educationa…/international-fellowships/


8. MIT-Zaragoza Women in Logistics and SCM Scholarship

Massachusetts Texnologiya İnstitutu (MIT) tərkibində hesablar sistemi bölməsində oxuyan qadın tələbələrə təqaüd proqramıdır. Aylıq 1000 dollar.

Ətraflı məlumat üçün : http://www.zlc.edu.es/…/mit-zara…/financial-aid/scholarships


9. American University Emerging Global Leader Scholarship

Washington DC Amerika Universitetində təhsil görəcək universitet tələbələrinə təqaüd proqramında müvəffəqiyyətli və ön plana çıxan araşdırmalara sahib tələbələrə aylıq 1200 $ təqaüd verilir.

Ətraflı məlumat üçün : http://www.american.edu/admissions/international/egls.cfm

Təqaüdləri araşdırmaq üçün :

1. www.scholars4dev.com 

2. www.scholarship-positions.com

Seçilən Universitetlər :

New York Film Academy

Widener University

Western Washington University

West Virginia University

University of Vermont

Texas A&M University

Roosevelt Univesity

Oglethorpe Univesity

Libscomb University

Long Islan University

James Madison University

Baylor University

Pace University

Arizona State University

University of California

Washington State University

University of Central Florida

University of Massachussets

The University of Kansas

Florida Internation University

Amerikada tələbənin yaşam xərcləri, təhsil haqqı nə qədərdir?

Amerikada əyalətlər arası və universitetlərin keyfiyyətinə görə təhsil xərcləri dəyişiklik göstərməkdədir. Universitet qiymətləri 12.000 $-dan başlayıb tibb və sağlamlıq elmləri kimi ixtisaslarda 40.000 $-a qədər çıxır. Özəl universitetlərin bakalavr proqram ödənişləri illik minimum 25.000 $-dan başlayır. Xərclərinizi planlarkən universitet ödənişi ilə əlaqədar məlumatları müraciət etdiyiniz universitet və istədiyiniz fakultənin web saytından mütləq nəzarət edin.

QS World Transparency Score məlumatlarına görə Amerikada universitetlərin ortalama ödənişləri;

$ 16,325 (Dövlət Universitetleri) 
$ 23,410 (4 illik bakalavr proqramı – ABŞ Vətəndaşları)
$ 37,229 (4 illik bakalavr proqramı – Xarici tələbələr) 
$ 46,272 (4 İllik özəl Məktəblər)

Yataqxana- yerləşmə Xərcləri
Hər akademik il üçün yataqxana ödənişləri 2.200 $ -5.500 $ arasında, qalacağınız yerin keyfiyyəti və ehtiva etdiyi xidmətlər baxımından dəyişir. Təxminən 3300 universitet % 70 ində yataqxana vardır. Yataqxanaların çoxu universitetin içərisindədir. Otaqlar ümumiyyətlə 2 nəfərlik olmaqla birlikdə tək nəfərlik otaqlar da mövcuddur. Otaqların hamısında yataq, masa və şkaflar mövcuddur. Yataqxanalarda ümumiyyətlə tualetlər və duşlar ümumi istifadə sahəsindədir. Bəzi universitetlərin yataqxanalarında isə bu imkanlar hər otaqda ayrıca ola bilməkdədir. Yataqxana qeydiyyatı akademik il başlamazdan müəyyən bir müddət əvvəl həyata keçirilməlidir. Edilən yataqxana müqaviləsində bütün paylar əlavə edilmədiyi təqdirdə, əlavə edilən hər xidmət üçün 100 $ -200 $ əlavə ödəniş ödəyə bilərsiniz.

Mebelli iki otaqlı mənzil (Amerika Mətbəx) icarəyə götürsəniz ayda 250 $ -650 $ arasında bir ödənişi nəzərəd tutmalısınız.

Amerikada tələbələrin nəqliyyat variantları

Son dərəcə əhatəli və inkişaf etmiş olan kütləvi nəqliyyat vasitələri tramvay, avtobus, metro şəhər içi nəqliyyatı tələbələr tərəfində daha çox üstünlük verilən vasitələrdir. Tələbə kartınızla birlikdə şəhər içi nəqliyyatnızı ortalama aylıq 80-120 $ arasında hesablamaq olar.

Universitet Xidmət və imkanlarını İstifadə haqqı (Fees)

Dövr əvvəllərində yenilənən və universitetdən universitetə dəyişən tələbənin universitetin bütün xidmətlərindən yararlanmasına istiqamətli alınan qatqı paylarının ümumiyyətlə semestrlik 50 USD ilə 200 $ arasındadır. Kitablar və dərs vəsaitlərini də orijinal alsanız təxminən 400 $ tutmaqdadır ancaq 2.el kitab istifadəsi və mübadilə məşhurdur.

Sağlamlıq Sigortası

Sağlamlıq sığortası Amerikada təhsil alacaq tələbələr üçün zəruridir. Sağlamlıq sığortası 1 akademik il üçün ödənilir. Standart bir sığorta əvəzi əhatəsinə görə ortalama 550 $ ilə 1600 $ arasında dəyişir.

Ərzaq xərcləri

Əgər yataqxanada qalacaqsanız böyük ehtimal ilə yurd xidməti içərisində 1 pay yeməyiniz veriləcəkdir. Bu da yemək xərcləriniz ortalama 200-300 $ arasına çəkəcəkdir. Yeməklərini davamlı çöldə yeyən tələbələr üçün aylıq yemək xərci 300 $ ilə 500 $ arasında dəyişir.

Müraciət üçün hansı sənədlər lazımdır ?

  • Attestat və ya diplom təsdiqi
  • Transcript. 
  • Müraciət üçün universitetin rüsumunu ödəyə biləcəyiniz bank hesabı
  •  Bakalavr üçün  ACT, SAT imtahan nəticələri, magistr təhsili üçün GRE ya da GMAT imtahan nəticələri 
  • TOEFL ya da IELTS nəticələri
  • Ən az 2 ədəd referans məktubu ( hər univerisitetə görə dəyişir)
  • Müraciət etdiyinin universitetə yazılacaq niyət məktubu ve essay.  
  • CV

Müraciətlər iki formada ya universitetin öz saytı üzərindən, ya da https://www.commonapp.org/ verilən sistem üzərindən olur.  Cavablar 2 ay içərisində gəlir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *