TOEFL

Əgər siz İngilis dilli hər hansı bir ölkədə təhsil almaq üçün universitet axtarırsınızsa, bu halda siz TOEFL imtahanından keçməlisiniz.

TOEFL (Test of English as a Foreign Language) – xarici dil olan İngilis dilinin yoxlanılması mənasına gəlir. Bu imtahanla sizin yazılı və şifahi İngilis dili biliyiniz 4 istiqamətdə – dinləmə, oxu, yazı və danışıq olaraq yoxlanılır. TOEFL testi normalda onlayn şəkildə keçirilir ancaq müvafiq test mərkəzinin internetə çıxışı yoxdursa, suallar kağızda cavablanır.

TOEFL İMTAHANINDAN KİMLƏR KEÇƏ BİLƏR?

İngilis dili biliklərinin lazımi səviyyədə olduğundan əmin olmaq üçün 27 milyon insan TOEFL imtahanı vermişdir. Test ingilis dilli hər hansı bir ölkədə təhsil almaq və təqaüd qazanmaq üçün müraciət etmək istəyən tələbələr, viza üçün müraciət edəcək olan şəxslər, İngilis dili biliyini inkişaf etdirmək istəyənlər üçündür. Universitetlərə təhsil üçün müraciət edərkən TOEFL balınızı nəzərə almalısınız, çünki burda sizin qəbul olmağınız üçün minimal göstərici qeyd olunur.

Niyə TOEFL testi verməlisiniz?

130-dan çox ölkədə təhsil müəssisələri və dövlət qurumları müəyyən vəzifələr üçün sənəd qəbulunda TOEFL ballarını nəzərə alırlar. Müəssisə və qurumlardan asılı olaraq minimum TOEFL balı tələbi 61-100 bal arasında dəyişir.

TOEFL imtahanında əldə etdiyiniz nəticə sadəcə 2 il ərzində qüvvədədir və əgər bu müddət bitdikdən sonra siz xaricdə təhsil üçün müraciət etmək istəsəniz, o zaman təkrar olaraq TOEFL test verməli olacaqsınız. Lakin əgər siz son ildə 1 illik kurs keçmək istəsəniz, bu, eyni anda xarici ölkədə məşğul olacağınız iş üçün də imkanlarınızı artıracaqdır.Test verməzdən öncə tam ətraflı araşdırma aparmaq və testin fərqli növlərinə hazırlıqlı olmaq lazımdır.

TOEFL testin fərqli formaları:

İnternet üzərindən verilən test (TOEFL İBT)

  • Hər biri 12-14 sualdan ibarət 3-5 hissəli 60-100 dəqiqəlik oxuma bölümü;
  • Hər biri 5-6 sualdan ibarət 6-9 hissəli 60-90 dəqiqəlik dinləmə bölümü;
  • 6 danışıq mövzusundan ibarət 20 dəqiqəlik danışıq bölümü;
  • Son olaraq 50 dəqiqəlik bir yazı bölümü və tamamlanmalı olan 2 tapşırıqdan ibarətdir.

Kağızda verilən test (TOEFL PBT)

  • 3 hissədən ibarət olan 30-40 dəqiqəlik dinləmə bölümü;
  • Cümlələrin tamamlanması üçün 15, səhvlərin müəyyən edilməsi üçün 25 nümunənin daxil olduğu 25 dəqiqə müddətində davam edən yazılı ifadə və struktur bölümü;
  • Mətnlər barədə 50 sualın daxil olduğu 50 dəqiqəlik oxu bölümü;
  • 250-300 sözdən ibarət essey yazmalı olduğunuz 30 dəqiqəlik yazı bölümü.

İki format arasındakı əsas fərq kağız əsasında qurulan struktur və danışıq hissəsini əvəzləyən yazılı ifadə və struktur bölümünün olmasıdır.

Testin qiyməti

TOEFL testin qiyməti testin keçirildiyi ölkələrdən asılı olaraq 160$-250$ aralığında dəyişir.

TOEFL testini harada vermək olar?

Sizin il ərzində dünyanın dörd bir yanından 165 ölkədə TOEFL testi verə biləcəyiniz 4500 test mərkəzi vardır. Sizə ən yaxın test mərkəzləri və testin hansı formatda keçirildiyi ilə bağlı tam ətraflı məlumatı TOEFL veb saytından əldə edə bilərsiniz.

Seçmiş olduğunuz universitetin TOEFL nəticəsi ilə qəbul şərtləri haqqında araşdırma aparmaq vacib şərtlərdən biridir. Yalnız bundan sonra sizə uyğun test mərkəzi və zamanı müəyyənləşdirə və TOEFL testi verə bilərsiniz. TOEFL testin qüvvədə qalma müddətinin 2 il olduğunu heç bir halda unutmamalı və gərgin zəhmətlə hazırlaşdığınız külli miqdarda ödəniş etdiyiniz bu imtahan nəticənizi lazımi formada dəyərləndirməyi bacarmalısınız.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *