IB PROQRAMI

IB proqramı nədir?

IB (İnternational Baccalaureate) Beynəlxalq Bakalavr Proqramı 16-19 yaş arası tələbələr üçün 2 illik universitet öncəsi tədris proqramıdır. Bu proqram tələbələrin universitet dövrü və universiteti bitirdikdən sonrakı həyatında onları müvəffəqiyyətli olmaqları üçün hazırlaşdıran IB akademik cəhətdən çətin bir proqramdır. IB proqramı tələbələr üçün intellektual, sosial, emosional və fiziki rifahın təmin olunması üçün nəzərdə tutulmuşdur. Bu proqram dünyanın qabaqcıl universitetləri tərəfindən yüksək qiymətləndirilməkdədir.

IB Təşkilatı 1968-ci ildə ilk dəfə olaraq qeyri-kommersiya təşkilatı olaraq İsveçrənin Cenevrə şəhərində yaradılıb. Yaradıldığı gündən bəri dünyanın ən yetkin, ən rasional və ən funksional təhsil proqramı olaraq bilinməkdədir. Təşkilatın qurulma səbəbi öz ölkəsindən kənarda təhsil almaq istəyən tələbələrin istifadə etdikləri proqramların universal bir çərçivədə birləşdirilməsidir.

IB Proqramının üstünlükləri nələrdir?

Təxminən 100 ölkədə 1000-dən çox universitet IB diplomu ilə təhsil almaq şansı təklif edir:

  • Təhsil diplomunuzdan əlavə IB qroqramından əldə olunan diplom;
  • IB diplomunun beynəlxalq səviyyədə tanınması və xarici universitetlərdə təhsil şansını artırması;
  • Proqramın tələbəyə zaman bölgüsünü düzgün aparmağı və doğru metodikalardan istifadə etməyi öyrədir olması;
  • Tələbənin akademik göstəricilərinin yüksəldilməsində böyük rolu olması;
  • Tələbələrə məqalə və esseylərin yazılma formasının ən doğru formada aşılanması və s.

Məqsədi:

  • IB Proqramının məzmunu və əhəmiyyəti barədə zəruri biliklərin əldə olunmasının təşkili;
  • Tələbəyə zaman bölgüsünü düzgün aparmaqla ən doğru metodlardan istifadə edərək qabiliyyətlətini inkişaf etdirməyə kömək etmək;
  • Tələbənin tədqiqat bacarıqlarını inkişaf etdirmək:
  • Tələbənin yazı qabiliyyətinin yaxşılaşdırılması üçün effektiv yazı metodikalarının öyrədilməsi;
  • Müstəqil və tənqidi düşünmə qabiliyyətinin inkişaf etdirilməsi;
  • Tələbənin fərdi inkişafına, məktəb, ətraf mühit və s. üçün məsuliyyətli bir şəxs

olmalarına yardım etmək və s.

Dərs Proqramı:

Tələbə aşağıda qeyd olunan 6 qrupdan özünə uyğun olanı müəyyənləşdirərək IB proqramına başlaya bilər:

  • 1. Qrup – Dil A1- Ədəbi tədqiqatlar tələbənin ən yaxşı bildiyi dildə, ümumiyyətlə ana dilində aparılır.
  • 2. Qrup – Dil A2- İkinci dili yüksək səviyyədə olan tələbələrlə dil və ədəbiyyat dərsləri aparılır.
  • 3. Qrup – Biznesin idarə olunması, İqtisadiyyat, Fəlsəfə və Psixologiya.
  • 4. Qrup – Təbiət elmləri: Biologiya, Kimya, Fizika.
  • 5. Qrup – Ali riyaziyyat və standart riyaziyyat metodları.
  • 6. Qrup – Seçiləbilən fənn. Şagirdlər bu qrupda məktəbdə tədris olunan və seçimi təsdiqlənmiş hər hansı bir tədris proqramı seçə bilərlər.

IB 6 ayrı tədris sahəsi, Tezis və s. özündə ehtiva edən 2 illik tədris proqramıdır. IB diplomu alan təlləbələr bunlardan əlavə “Məlumat” dərsi alır, 4000 sözdən ibarət bir Tezis hazırlayır, yaradıcılıq xidmətlərini tamamlayırlar. IB imtahanlarının böyük əksəriyyəti qısa cavab, uzun cavab və kompozisiya tipli suallardan ibarət olur.

IB imtahanları beynəlxalq imtahan hazırlama paneli tərəfindən hazırlanır. İmtahanlar harada verilməsindən asılı olmayaraq yoxlanılması üçün Uelsə- IB Təşkilatı İmtahan Mərkəzinə göndərilir. Proqramı tamamlayan tələbələr proqramı tam əhatə edən bir IB diplomu ala və ya ayrı-ayrı tədris olunan hər IB proqramı çərçivəsindəki dərslərə görə IB sertifikatı ala bilərlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *