GRE

GRE (The Graduate Record Examination) Məzun Yazı İmtahanı olaraq bilinir və master proqramları və biznes sahəsində qəbul zamanı istifadə edilir. GRE kompyuter əsaslı geniş seçim imkanlarına sahib MBA və biznes qəbul imtahanı növüdür. 

Bu imtahan növü ETS (Educational Testing Service) tərəfindən tələbələrin master proqramlarına hazırlıq və yetərlilik səviyyələrinin ölçülməsi üçün keçirilir. 

GRE nədir?

GRE imtahanı əsasən sizin cəbr, həndəsə, data analiz etmə biliklərinizi ölçür və məktəb səviyyəsində olan söz bazanızı test edir. Daha vacibi isə yazılı materialları təhlil etmək, qiymətləndirmək, tənqidi düşünmək və problemləri həll etmək bacarığınızı ölçür.

Siz GRE imtahanı zamanı 3 hissədən imtahan verməli olursunuz:

  1. Analitik Yazı (Analytical Writing)
  2. Şifahi düşünmə (Verbal Reasoning)
  3. Rəqəmsal əsaslandırılma (Quantitative Reasoning)

Bunlardan əlavə isə siz aşağıda qeyd olunmuş hissələrdən birini görə bilərsiniz:

  1. Unscored (may be either Verbal Reasoning or Quantitative Reasoning)
  2. Tədqiqat (Research) ETS tədqiqatlar məqsədilə istifadə edilir.

Analitik yazı 2 ayrı vəzifənin həllini qarşıya qoyur: məsələnin analizi, arqumentin analizi. Bu iki məsələnin hər birinin həlli üçün 30 dəqiqə vaxt ayrılır və bu bölüm 0-dan 6-ya qədər balla qiymətləndirilir. Analitik yazı və ya “essey” bölməsi düşüncələrinizi və mürəkkəb ideyalarınızı nə dərəcədə açıq və əsaslı şəkildə ifadə edə biləcəyinizi ölçür.

Şifahi düşünmə toplam 20 sualdan ibarət olur. 6 sual mətnin tamamlanması, 4 sual cümlənin ekvivalenti, 10 sual isə oxuyub anlama haqqındadır. 2 hissədən ibarət olan bu bölümdə hər hissəyə 30 dəqiqə olmaqla toplam 60 dəqiqə vaxtınız var. Testin bu hissəsi 130-170 bal aralığında qiymətləndirilir. Mətnin tamamlaması sualları cümlələri tamamlamaq üçün boşluğu doldurmanızı xahiş edir. Cümlə ekvivaleti haqda suallar məntiqi baxımdan eyni olan iki ardıcıl cümlə vasitəsilə bir cümlə yaradıb boşluğu doldurmanızı tələb edir. Oxuyub anlama hissəsində isə sizdən mətndəki əsas fikri anlamağınız, strukturu təhlil etmək tələb edilir.

Rəqəmsal əsaslandırılma bölümündə toplam 20 sual verilir və bu hissənin həlli üçün 70 dəqiqə vaxtınız var. GRE-nin bu bölməsi tələbənin əsas rəqəmsal bacarıqlarını, eləcə də problemləri həll edə bilmə bacarığını sınayır. Bu hissədə ilk olaraq sizdən verilən suallardakı iki miqdarı müqayisə etmək tələb olunur. Digər hissədə isə standart test cavablandırma formasıdır. Testin bu bölümü də 130-170 bal aralığında qiymətləndirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *