GMAT

GMAT (Graduate Management Admission Test) sizin İngilis dilində rəqəmsal, şifahi və analitik yazı biliyinizi yoxlamaq üçün tərtib olunan bir imtahan növüdür. GMAT imtahanı zamanı heç bir kağız və qələmdən istifadə edilmir və test sadəcə kompyuter vasitəsilə aparılır. CAT (Computer-Adaptive Test) adı verilən bu proses olduqca rahat formada testi keçməyə kömək edir. Bununla da sizin imtahana müəyyən edilmiş standart vaxtda deyil, sizin üçün rahat və uyğun bir tarixdə girməyiniz mümkündür. GMAT imtahan nəticəniz 5 il müddətinə qüvvədədir.

60 ildən çoxdur ki, GMAT imtahanı MBA üzrə tələbə qəbul edən universitetlər tərəfindən qəbul göstəricisi kimi tanınır. 700-ə qədər MBA və Master proqramları GMAT nəticəsi ilə qəbul həyata keçirir. Bunlarla yanaşı 2300-dən çox məktəb də GMAT nəticəsi ilə şagird qəbulu aparır. GMAT xaricdə və ya yerli təhsil müəssisələrində iqtisadiyyat, menecment, maliyyə və s. kimi sahələrdə təhsil almaq istəyən tələblərdən tələb edilən bir imtahan növüdür. Dünyada hər il 200.000 tələbə GMAT imtahanı verir. İmtahan ETS (Educational Testing Service) tərəfindən götürülür. GMAT imtahanından minimum 200, maksimum 800 bal toplamaq mümkündür. Topladığınız bal haqqında qeyri-rəsmi məlumatı imtahandan sona anında öyrənə bilərsiniz. Rəsmi cavablar isə 2 həftə ərzində sizə bildirilir.

Ümumi test müddəti 3 saat 7 dəqiqə davam edən GMAT 4 hissədən: rəqəmsal (quantitative), şifahi (verbal), analitik yazı (analytical writing assessment), inteqrasiya əsaslandırılması (integrated reasoning) ibarətdi:

  1. Rəqəmsal (Quantitative Reasoning) bölümdə 62 dəqiqə ərzində 2 hissədən – Data Təminatı (Data Sufficiency) və Məslənin Həlli (Problem Solving) ibarət olan 37 suala cavab verməlisiniz.
  2. Şifahi (Verbal Reasoning) bölüm 3 hissədən – Cümlədəki Səhvlərin Düzəldilməsi (Sentence Correction), Tənqidi Düşünmə (Critical Reasoning), Oxuyub Anlama (Reading Comprehension) ibarətdir və bu bölümün tamamlanması üçün 65 dəqiqə vaxtınız var. Bu bölümdə toplam sual sayı 41-dir.
  3. Analitik yazı (Analytical Writing Assessment) – yazı qabiliyyətinizin yoxlanıldığı bölümdür və davam etmə müddəti 30 dəqiqədir.
  4. İnteqrasiya Əsaslandırılması (Integrated Reasoning) bölümündə sizin sualları cavablandırmaq üçün 30 dəqiqə vaxtınız vardır.

Dünya üzərində 114 ölkədə 650-dən çox GMAT imtahan mərkəzi mövcuddur. Son məlumatlara əsasən 2014-cü ildən bu yana GMAT imtahanına müraciət edən şəxslərin sayında 44% artım olmuşdur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *